Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;2. Heydər Əliyev prospekti kənar yol, metronun "Koroğlu" stansiyası istiqamətində;3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;4. Heydər Əliyev prospekti, köməkçi yol, metronun "Koroğlu" stansiyası istiqamətində;5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;6. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;8. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində;9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;10. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;11. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;12. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;13. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;14. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;15. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən akad. Həsən Əliyev küçəsi istiqamətində;16. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;17. Alı Mustafayev küçəsi, "20 Yanvar" dairəsi istiqamətində;18. Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsi istiqamətində;19. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;20. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından metronun "20 Yanvar" stansiyası istiqamətində;21. "Qələbə" dairəsi, Mətbuat prospekti istiqamətində sıxlıq müşahidə olunur.