RU

Dilguşə Gülümcanın poeziya dünyası festivalda maraqla QARŞILANDI - FOTO

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının beşinci günündə Bizim.Media-nın masasında şairə Dilguşə Gülümcanın kitabları təqdim olunub.

Bizim.Media xəbər verir ki, onun kitabları oxucuların marağı ilə qarşılanıb. “Sevgi quyusu”, “Özümü axtarıram", "Sabaha oyanan ümidlər", "Məni məndən soruş", "Çətin yoldayam" kitablarının müəllifi yaradıcılığa məktəb illərindən başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Zemfira Ziyadqızının “Qırxıncı pillə” poeması festivalda maraqla qarşılandı - FOTO


Xatırladaq ki, paytaxtda VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı uğurla davam edir.

Mədəniyyət hadisəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, "İnam Mühafizə" şirkəti, "Mədəniyyət" kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.


Naibə Məmmədova, İntiqam İbrahimov, Bizim.Media

Избранный
13
14
bizim.media

10Источники