AZ

Şair Bənövşə Daşdılı ilə İMZA günü keçirildi - FOTO

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının beşinci günündə Bizim.Media-nın masasında yazar Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Bənövşə Daşdılının oxucularla görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, müəllifin "İlk sevgimiz nağıl idi, əzizim" şeir kitabının təqdimatı keçirilib. Bu, onun 9-cu kitabıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Dilguşə Gülümcanın poeziya dünyası festivalda maraqla QARŞILANDI - FOTO


O, həmçinin, "Unutdum desəm, inanma", "Sən yanımda olmayanda", "Ünvansız səfərə çıxmağım gəlir", "Hərdən yada sal məni", "Yurd həsrəti", "Bənövşəsiz solan Laçın", "Nə sən həmənkisən, nə mən həmənki" kitablarının müəllifidir.

Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir.

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.


Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

Seçilən
3
14
bizim.media

10Mənbələr