RU

Murad Arif festivalda izdiham yaratdı - VİDEO

HITMAKER Murad Arif ölkənin ən böyük gözəllik festivalında ən çox gözlənilən ulduz qonaqlarından biri kimi səhnə performansı ilə yadda qalıb.

Musavat.com xəbər verir ki, festival boyunca yüksək enerji və möhtəşəm atmosfer yaradan sənətçi sevilən hitlərini ifa edərək iştirakçılara əsl musiqi bayramı yaşadıb.

Murad Arifin səsləndirdiyi hər mahnı tamaşaçıların coşğusu və alqışları ilə qarşılanıb.

Səhnədəki peşəkar performansı, dinamik şousu və tamaşaçı ilə qurduğu xüsusi ünsiyyət festivalın ən yaddaqalan anlarından birinə çevrilib. HITMAKER pərəstişkarlarının arasına enərək onlarla birlikdə mahnılar oxuyub, xatirə fotoları və videolar çəkdirib.

Minlərlə iştirakçının qatıldığı “OliFest”də Murad Arifin çıxışı festivalın zirvə nöqtələrindən biri olub. Sənətçinin enerjisi və hit mahnıları tədbirə xüsusi rəng qataraq uzun müddət danışılacaq unudulmaz anlar yaşadıb.

Musavat.com

Избранный
21
1
musavat.com

2Источники