RU

Ağdam şəhərinə növbəti köç yola salınıb

Ağdam

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.Ulusum.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 110 ailə - 417 nəfər köçürülüb.Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.Qeyd edək ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Diqqət Çəkənlər

Yenidən İTV-nin baş direktoru seçildi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

Azərbaycanın xarici işlər naziri Nyu-Yorka işgüzar səfərə yola düşüb

Избранный
23
49
ulusum.az

10Источники