ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“18 yaşadək analar və erkən evlilik üzrə göstəricilərin son üç ildə təxminən 50%-ə yaxın azalması xüsusi qeyd olunmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsnin sədri Bahar Muradova Milli Məclisin bu gün keçirilən plenar iclasında Komitənin 2025-ci ildə fəaliyyəti haqqında məlumatının müzakirəsi zamanı bildirib.
“Bu nəticə yalnız hüquqi tədbirlərin deyil, həm də təhsil sisteminin, yerli icra mexanizmlərinin, ailə institutunun güclənməsinin, ictimai davranış dəyişiminin ümumi sinerjisinin nəticəsidir.
Bundan başqa, əmək bazarında müşahidə olunan dəyişikliklər göstərir ki, qadınların iqtisadi fəallığı davamlı şəkildə artır. Orta əməkhaqqında da artım tempi müsbətdir, peşə hazırlığında qadınların üstünlük təşkil etməsi xüsusilə diqqətçəkicidir, özünüməşğulluq proqramlarında iştirak da genişlənməkdədir.
Bu tendensiya qadınların əmək bazarında daha çox bacarıq əsaslı və dayanıqlı iqtisadi modelə keçidə üstünlük verdiyini göstərir.
Əmək hüquqlarının təmin olunmasında bərabərlik, pensiya təminatı, işsiz və məşğul əhalinin cins bölgüsünə dair rəqəmlər insan kapitalı və təhsilin transformasiyasındakı mövcud nisbəti ortaya qoyur.
Hazırda ali təhsildə qadınların üstünlüyü, magistratura səviyyəsində balanslaşma, peşə təhsilində tədrici diversifikasiya olmaqla insan kapitalının keyfiyyətcə yüksəldiyi müşahidə olunur”, - komitə sədri qeyd edib.
Nuranə Daxilqızı
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.