RU

İranda internetlə bağlı mühüm qərar:PEZEŞKİAN TƏSDİQLƏDİ

İran Prezidenti Məsud Pezeşkian ölkədə internetin beynəlxalq şəbəkəyə çıxışının bərpası ilə bağlı qərarı təsdiqləyib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Pezeşkian Prezidentin birinci müavini Məhəmməd Rza Arifin rəhbərliyi ilə toplanan "Virtual Məkanın Tənzimlənməsi Şurası" tərəfindən qəbul edilən və "Beynəlxalq internet bağlantısının təmin olunmasını" nəzərdə tutan qərarı təsdiqləyib.

 

Qərar icra edilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə göndərilib.

 

Xatırladaq ki, ABŞ və İsrailin hücumlarının başladığı 28 fevral tarixindən etibarən İranda beynəlxalq internetə çıxış tamamilə bloklanmışdı.

 

İnternet məhdudiyyətlərinin tətbiq olunduğu ölkədə hökumət beynəlxalq şəbəkəyə məhdud çıxış imkanı verən "Ağ SİM Kart" proqramını istifadəyə vermişdi. Bu xidmətdən yalnız xarici missiya rəhbərləri, diplomatlar, siyasətçilər, bəzi jurnalistlər, tanınmış şəxslər və sənətçilər yararlana bilirdi.

 

Hazırda ölkədə sıravi vətəndaşlar üçün adi internet bağlantısı əsasən VPN proqramları vasitəsilə mümkün olur.

Избранный
4
4
senzor.az

7Источники