RU

Aİ deputatı Qərbin susqunluğunu tənqid edib- ÖZƏL

İtaliyanın müxalifətdə olan "Beş Ulduz Hərəkatı" partiyasından Avropa Parlamentinin üzvü Danilo Della Valle LPR-də yerləşən Starobilsk Pedaqoji Kollecinə edilən hücumdan sonra Qərbin "kar edən susqunluğunu" tənqid edib. Olaylar.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşımında bildirib ki, hadisə ilə bağlı nə ciddi media işıqlandırması, nə də geniş ictimai müzakirə aparılıb.
Deputat həmçinin İtaliyanın baş naziri Giorgia Melonini Ukraynaya hərbi dəstəyi davam etdirdiyinə görə tənqid edib. Onun sözlərinə görə, bu addımlar Avropanı "təhlükəli geri dönüşü olmayan nöqtəyə" yaxınlaşdırır.
Qeyd edək ki, mayın 22-nə keçən gecə Starobilsk Pedaqoji Kollecinin tədris binası və yataqxanasına PUA hücumu edildiyi, həmin vaxt binada 86 uşağın olduğu bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
19
olaylar.az

1Источники