“İnno Kapital İnvestisiya Şirkəti” ASC-nin 2025-ci ildə xalis mənfəəti 2.2 dəfə artaraq 364 568 manatdan 797 673 manata çatıb.
Banker.az bu barədə investisiya şirkətinin 31 dekabr 2025-ci il tarixinə olan illik maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, investisiya şirkətinin cəmi gəliri ötən illə müqayisədə 22% artaraq 1 milyon 722 min manatdan 2 milyon 95 min manata yüksəlib. Şirkətin qeyri-faiz xərcləri 1.27 milyon manatdan 1.09 milyon manata düşüb.
Hesabat dövrünə “İnno Kapital İnvestisiya Şirkəti”nin cəmi aktivləri 10 milyon 903 min manat təşkil edib. İnvestisiya şirkətinin cəmi kapitalı 10% artaraq 9 milyon 828 min manata yüksəlib.
Şirkətin bölüşdürülməmiş mənfəəti 2 milyon 711 min manatdan 3 milyon 509 min manata yüksəlib.
Xatırladaq ki, “PSG-Kapital İnvestisiya Şirkəti” ASC ad dəyişikliyinə gedərək, fəaliyyətini “İnno Kapital İnvestisiya Şirkəti” ASC kimi davam etdirir. Hazırda 6 milyon 250 min manat nizamnamə kapitalına malik olan “İnno Kapital İnvestisiya Şirkəti” ASC-nin qanuni təmsilçisi Fəxri Səttərovdur. Şirkət 2012-ci ildən bəri fəaliyyət göstərir.