“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2025-ci ili 2 milyon 542 min manat mənfəətlə başa vurub. 2024-cü ildə 2 milyon 251 min manat mənfəət edib ki, bu da illik müqayisədə 13% artımdır.
Banker.az bu barədə investisiya şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin 2025-ci ildə şirkətin investisiya qiymətli kağızlarından əldə etdiyi faiz gəlirləri 2 milyon 36 min manat, pul vəsaitləri və qısamüddətli aktivlərdən gəlirləri isə 1 milyon 608 min manat təşkil etmişdir; beləliklə, effektiv faiz dərəcəsi ilə hesablanmış cəmi faiz gəlirləri 3 milyon 644 min manat olaraq rəsmiləşmişdir.
Şirkətin aktivlərinin və kapitalının həcmində də artım qeydə alınıb. Belə ki, cəmi aktivlər 1.1% artımla 64 milyon 782 min manata, cəmi kapital isə 13% artaraq 18 milyon 664 min manata çatıb. Bölüşdürülməmiş mənfəət 16.5% yüksələrək 17 milyon 979 min manat təşkil edib.
Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.