RU

Türkiyə mətbuatı Toraldan yazdı: “Bursaspor”dan Qurban bayramı hədiyəsi”

“Qarabağ”ın futbolçu Toral Bayramovun karyerasını Türkiyədə davam etdirəcəyini xəbər vermişdik.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü “Bursaspor”la anlaşıb. Müdafiəçinin Türkiyə klubuna keçməsinə yerli mətbuatda geniş yer verilib.

“Burda Gazete” nəşri Toral barədə məqalə dərc edib. Yazıda futbolçu barədə azarkeşlərə məlumat verilib:

“Yaşıl-ağlar” azarkeşlərinə Qurban bayramı hədiyyəsi olaraq “Qarabağ”da çıxış edən 25 yaşlı azərbaycanlı sol cinah müdafiəçisi Toral Bayramovu heyətinə qatdığını bildirib. Klubun sosial şəbəkə hesabında “Ailəmizə xoş gəldin, Toral Bayramov” paylaşımı edilib.

“Qarabağ”la daha bir illik müqaviləsi olan futbolçu dünən Bursaya gedərək rəsmi müqaviləyə imza atıb. Bildirilir ki, “Bursaspor” transfer üçün bonservis haqqı ödəyəcək”.

Избранный
23
idmanxeber.az

1Источники