RU

Bursaspor”da oynayanlar: Toral Bayramov beşinci oldu

ain.az, sport24.az portalına istinadən məlumat verir.

Türkiyənin "Bursaspor" klubu ötən gün Azərbaycan millisinin futbolçusu Toral Bayramovu heyətinə qatdığını açıqlayıb. Sport24.az xəbər verir ki, 25 yaşlı cinah müdafiəçisi bölgə təmsilçisinin tarixinə Azərbaycan yığmasında oynamış beşinci oyunçu kimi düşüb.2011-2018-ci illərdə millinin formasını geyinmiş Ufuk Budak 2021-ci ildə bu komandanın uğurları üçün çalışıb. Hazırda "Zirə"də çıxış edən Namiq Ələskərov 2021/2022 mövsümündə "timsahlar"da oynayıb.Niderlandın "Volendam" komandasına məxsus olan və Azərbaycan millisinin hazırkı üzvü Ozan Can Kökçünün də yolu bu klubdan keçib. 27 yaşlı yarımmüdafiəçi 2017/2018 mövsümündə "Bursaspor"un şərəfini qoruyub. Türkiyə əsilli digər futbolçu Deniz Yılmaz da 2015/2016 mövsümündə "timsahlar"ın formasını geyinib. O, həmin mövsümdə 2 dəfə əsas yığmada meydana çıxıb.Qeyd edək ki, 2020-ci ildən "Qarabağ"ın əsas komandasında çıxış edən Toral Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
sport24.az

1Источники