RU

Çində “it dilini bilən” ağıllı boyunluq təqdim olunub

ain.az bildirir, Bizimyol portalına istinadən.

Çinin Meng Xiaoyi startapı ev heyvanı sahibləri üçün yeni yüksək texnologiyalı məhsul təqdim edib. Söhbət itlərin hürməsini və pişiklərin miyoldamasını insan dilinə çevirməyə qadir olan ağıllı boyunluqdan gedir.

Bizimyol.info xəbər verir ki, Çinin "Sohu" nəşrinin məlumatına görə, cihazın əsasını "Alibaba" tərəfindən hazırlanmış qabaqcıl süni intellekt modeli "Qwen" təşkil edir.

Neyroşəbəkə real vaxt rejimində ev heyvanlarının çıxardığı səsləri analiz edir və onların mənasını şərh edir. Çjetszyan Universitetinin mütəxəssisləri bildirirlər ki, texnologiya heyvanların emosiyalarını və ehtiyaclarını 94,6 faiz dəqiqliklə müəyyən edə bilir.

Cihaz insanların öz ev heyvanları ilə ünsiyyətini asanlaşdırmaq üçün nəzərdə tutulub. Boyunluq heyvanın ac olduğunu, narahatlıq hiss etdiyini və ya diqqət çəkməyə çalışdığını operativ şəkildə müəyyən etməyə kömək edir.

Layihə müəllifləri süni intellektin dil bazasını daha da inkişaf etdirməyi planlaşdırırlar. Məqsəd ev heyvanlarının davranışlarını daha detallı şəkildə anlamaqdır.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
icma.az

1Источники