RU

Dövlət Sosial Müdafiə Fondunda YENİ TƏYİNAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat olub.

KONKRET.az xəbər verir ki, Qurbanov Fərhad Talıb oğlu 2026-cı ilin may ayından etibarən Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi uçota nəzarət, sosial sığorta və icbari sığorta departamentinin müdiri vəzifəsinə təyin olunub.

2020–2025-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi uçota nəzarət və sosial sığorta departamentinin Sosial sığorta şöbəsinin müdiri, 2026-cı ilin yanvar ayından etibarən Fərdi uçota nəzarət, sosial sığorta və icbari sığorta departamentinin müdir müavini vəzifələrində fəaliyyətini davam etdirib.

1992–1997-ci illərdə Azərbaycan Texniki Universitetində Nəqliyyatın iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsi qazanıb. 1997-ci ildə NORD Elmi-İstehsalat Birliyində mühəndis-iqtisadçı kimi əmək fəaliyyətinə başlayıb, müxtəlif vəzifələrdə uğurlu fəaliyyət göstərib. 1997–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib, ehtiyatda olan zabitdir.

2001-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə çalışıb. 2001–2005-ci illərdə Suraxanı rayon şöbəsinin Gəlirlər sektorunda müfəttiş, 2005–2019-cu illərdə Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinin Proqnoz, uçot və təhlil sektorunda aparıcı məsləhətçi, 2019–2020-ci illərdə Bakı şəhər İdarəsinin Sosial müavinətlər sektorunda aparıcı məsləhətçi, daha sonra Fondun Aparatının Fərdi uçota nəzarət və sosial sığorta şöbəsinin Sosial sığorta sektorunda məsləhətçi vəzifəsində çalışıb.//iqtisadiyyat.az

Избранный
2
6
konkret.az

7Источники