Rusiyanın "SKA-Xabarovsk" klubunun yeni baş məşqçisi müəyyənləşib.


Rekord.az Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Sergey Yuran çalışdıracaq.


56 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.


Rusiyalı çalışdırıcı 2020 və 2022-ci illərdə də "SKA-Xabarovsk"un baş məşqçisi olub.


Xatırladaq ki, S.Yuran 2011/12-ci mövsümündə Azərbaycanda Zaqatalanın “Simurq” klubunu çalışdırıb.