RU

Əməkdar artist: "Ərim sözümə baxanda udur"

Əməkdar artist Bəsti Bəkirova efirdə həyat yoldaşı ilə bağlı maraqlı açıqlaması ilə diqqət çəkib.

Ölkə.az milli.az-a istinadən xəbər verir ki, sənətçi "Keçmişdən Gələcəyə" verilişində qonaq olarkən insanları asanlıqla tanıya bildiyini deyib:

"Mən insanı görəndə bilirəm içində nə var".

Bəkirova ailə bizneslərindən də söz açaraq həyat yoldaşına tez-tez məsləhətlər verdiyini bildirib:

"Kiçik bir biznesimiz var. Bəzən həyat yoldaşıma deyirəm ki, filankəsi ora buraxmaq olmaz. O, mənim sözümə baxanda udur. Yox əgər qulaq asmırsa, sonra deyir ki, kaş sənin sözünə baxardım".

Sənətçinin bu açıqlaması sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər arasında müzakirələrə səbəb olub.

Избранный
2
1
olke.az

3Источники