RU

Simonyan Paşinyanı sərt TƏNQİD ETDİ

Ajans.az xəbər verir ki, bu barədə “Vesti” proqramında Vladimir Solovyovun efirində danışıb. Simonyanın sözlərinə görə, Paşinyanın hakimiyyətə gəlişindən etibarən onun Rusiya əleyhinə siyasət yürüdəcəyi aydın olub. “Onun hakimiyyətə Rusiya əleyhinə şüarlarla gəldiyi və onunla razılığa gəlməyin mümkün olmadığı hələ 2018-ci ildən bəlli idi”, — deyə Simonyan bildirib. O, həmçinin Paşinyanı Ukrayna prezidenti Vladimir Zelenski ilə müqayisə edərək sərt ifadələr işlədib. Simonyan əlavə edib ki, Ermənistan hakimiyyəti Qərblə inteqrasiyanı prioritet istiqamət kimi təqdim edir.

Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl Ermənistan və Avropa İttifaqı arasında yaxın illərdə vizasız rejimin tətbiq oluna biləcəyini açıqlamışdı.

Избранный
22
Ajans.az

1Источники