RU

“Səbail”in icraçı-direktoru: Komandanın taleyinə 2 həftə sonra aydınlıq gələcək

Bakı, 25 may, AZƏRTAC

Komandanın gələcək taleyinə təxminən 2 həftə sonra aydınlıq gələcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında "Səbail"in icraçı direktoru Firuz Abdulla deyib.

O, hazırda bir neçə şirkətlə sponsorluq barədə danışıqlar apardıqlarını bildirib: “Ağır mövsüm keçirdik. İndi hamının düşünməyi üçün zaman lazımdır. Sponsorlarla danışıqlar müsbət yekunlaşdıqdan sonra məşqçilər heyəti və futbolçular haqqında qərar verəcəyik".

Qeyd edək ki, I Liqanın sonuncu - XXVII turunda "Səbail" səfərdə "Mingəçevir"ə 1:4 hesabı ilə məğlub olaraq Premyer Liqaya vəsiqə uğrunda pley-off matçına vəsiqə qazana bilməyib. Bakı klubu mövsümü 50 xalla üçüncü pillədə başa vurub.

Избранный
21
1
azertag.az

2Источники