RU

“Molla Nəsrəddin” jurnalının irsi Ürəklərinin qanı ilə yazılan sözün 120 illik məktəbi FOTO

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Molla Nəsrəddin jurnalı – 120” panel müzakirəsi keçirilib.Bizim.Media xəbər verir ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat şöbəsinin müdiri Vüqar Əhmədin moderatorluğu ilə keçirilən tədbirdə “Molla Nəsrəddin” jurnalının yaranma tarixi, Azərbaycanın milli mətbuatındakı yeri və qayəsindən bəhs edilib.

 

MÖVZU İLƏ BAĞLI:Yazar Gülər Eldarın yeni kitabının təqdimatı KEÇİRİLİB - FOTO

Panel müzakirəsində çıxışında professor Cahangir Məmmədli bildirib ki, “Molla Nəsrəddin” jurnalı Azərbaycan milli mətbuatının ən gözəl nümunələrindən biridir:“Jurnalın redaktoru böyük Azərbaycan yazıçısı və publisisti Cəlil Məmmədquluzadə zamanın yaratdığı ağrıları, milli dərdlərimizi jurnalın hər nömrəsində oxucularına çatdırırdı. Bu jurnal Azərbaycan mətbuatı üçün böyük məktəbdir.Elə bir məktəb ki, Azərbaycan mətbuatında yeni bir dövr yaratdı və dövrün reallıqlarını satirik üslubda oxucularına təqdim etdi”.Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat şöbəsinin baş elmi işçisi Gülbəniz Babayeva qeyd edib ki, “Molla Nəsrəddin” jurnalının ərsəyə gəlməsində yalnız Cəlil Məmmədquluzadə deyil, dövrün görkəmli ədibləri - Ömər Faiq Nemanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə İbrahimov, Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi və başqalarının da xüsusi rolu və əməyi olub:“Onların hər biri Azərbaycanın milli istiqlalı uğrunda fəalliyət göstərən böyük şəxsiyyətlər olub.Jurnala qarşı senzuralar olsa belə, bu ədiblər bezib usanmadan xalqa xidmət göstəriblər. Senzuraların olması isə jurnalın cəsarətindən irəli gəlirdi. Bu ədiblər “Molla Nəsrəddin”i ürəklərinin qanı ilə yazıb”.Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat şöbəsinin elmi işçisi Şahanə Məmmədli – Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat şöbəsinin elmi işçisi Leyla Məmmədova çıxış edib.“Jurnal vətən, xalq, ana dili anlayışını oxucularına çatdırıb və dövrün senzuralarından çəkinməyib. Biz əminik ki, Molla Nəsrəddinçi ədiblər və onların ideyaları əsrlər keçsə də, unudulmayacaq”.Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində davam edir.Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Naibə Məmmədova, İntiqam İbrahimov, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
1
bizim.media

2Источники