ain.az bildirir, Azertag portalına istinadən.
Stokholm, 25 may, AZƏRTAC
Hər il yaz aylarında İsveçin təbiəti parlaq sarı rəngə boyanır. Buna səbəb ölkə ərazisində geniş şəkildə yetişdirilən raps bitkisinin çiçəkləməsidir.
AZƏRTAC xəbər verir ki, İsveçdə raps tarlaları uzun illərdir ağ gecələrin və Midsommar bayramının yaxınlaşmasının rəmzlərindən biri hesab olunur.
Rapsın çiçəkləmə dövrü sürətlə başlayır və adətən yalnız bir neçə həftə davam edir. Bu dövrdə ölkənin müxtəlif bölgələrində sarı rəngə bürünən geniş tarlalar həm yerli sakinlərin, həm də turistlərin diqqətini cəlb edir.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.