RU

Pakistanda qanlı terror: 47 ölü, 100 yaralı

Pakistanın cənub-qərbində baş verən qatar partlayışında həyatını itirənlərin sayı 47 nəfərə çatıb, təxminən 100 nəfər isə yaralanıb.

"Cebheinfo.az"-ın məlumatına görə, "Sinxua"  xəbər agentliyi xilasedicilərə istinadən xəbər verir ki, Bəlucistan əyalətinin Kvetta şəhərində qeydə alınan hadisədə 20-si hərbi qulluqçu olmaqla, ən azı 98 nəfər xəsarət alıb.

Agentlik partlayıcı qurğunun kamikadze  tərəfindən aktivləşdirildiyini bildirib.Daha əvvəl "Pakistan Observer" qəzeti ölkədə fəaliyyəti qadağan olunmuş separatçı qruplaşma - "Bəlucistan azadlıq ordusu"nun (BLA) məsuliyyətini öz üzərinə götürdüyü hücum nəticəsində 24 nəfərin öldüyünü və 50-dən çox insanın yaralandığını xəbər vermişdi.

"Pakistan Associated Press" agentliyinin məlumatına görə, partlayış sərnişin qatarı keçərkən "Chaman Phatak" bölgəsindəki dəmir yolu xətlərində baş verib.

Nəticədə qatarın üç vaqonu relsdən çıxıb, onlardan ikisi aşıb. Yaxınlıqdakı binalara və park edilmiş nəqliyyat vasitələrinə də ciddi ziyan dəyib.

Избранный
19
cebheinfo.az

1Источники