RU

İran heç vaxt nüvə silahı istehsal etməyəcək ABŞ ilə razılaşma olacaq

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

ABŞ və İran 95% çərçivə sazişi barədə razılığa gəliblər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Fox News” telekanalı mənbələrə istinadla məlumat yayıb.

Adı açıqlanmayan bir rəsmi müqavilənin yaxın günlərdə imzalanmayacağını və ABŞ Prezidenti Donald Trampın müqaviləni yekunlaşdırmaq üçün daha beş-yeddi gün vaxt verəcəyini bildirib.

Kanalın mənbəsinin fikrincə, Vaşinqton əlverişli bir razılaşma əldə edə bilməsə, ABŞ ordusu İranı bombalamaqda davam edə bilər.

Digər tərəfdən, “The Washington Post” qəzetinin məlumatına görə, ABŞ və İran arasında üzərində işlənən ilkin razılaşmalar atəşkəsin 60 günlük uzadılmasını nəzərdə tutur.

ABŞ administrasiyasındakı mənbənin məlumatına görə, Vaşinqton və Tehran tərəflərin İranda müharibənin birdəfəlik dayandırılması ilə bağlı yekun razılığa gəlməsinə imkan vermək üçün atəşkəsin 60 günlük uzadılmasını nəzərdə tutan anlaşma memorandumunun konturlarını hazırlayıblar.

"The Washington Post" qəzetinin yazdığına görə, üzərində işlənən ilkin razılaşmalar İranın zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsini də tələb edir.

Nəşrin diplomatik mənbəsinə görə, saziş layihəsinə əsasən, İran heç vaxt nüvə silahı istehsal etməyəcəyini təsdiqləyəcək və zənginləşdirilmiş uran ehtiyatını utilizasiya etməyə razı olacaq. Nəşrin qeyd etdiyi kimi, bunun dəqiq mexanizmi növbəti iki ay ərzində razılaşdırılacaq.

İran rəsmiləri arasında olan bir mənbəyə görə, iki tərəfin üzərində işlədiyi ilkin razlaşma Tehranın Hörmüz boğazını açmasını və ABŞ-nin 12 milyard dollarlıq İran aktivlərinin dondurulmasının ləğvini təmin edir. Bundan əlavə, ABŞ-nin İrana qarşı dəniz blokadasına son qoyması gözlənilir.

Qəzetin İran mənbəsi həmçinin qeyd edib ki, memorandumda nüvə məsələləri ilə bağlı razılaşmalar yoxdur, sadəcə olaraq gələcəkdə bu məsələləri müzakirə etmək vədi var.

Nəşr ABŞ və İranın hələ heç bir sənəd imzalamadığını qeyd edib. Həmçinin, mənbə İran hakimiyyətinin də hələlik yekun təsdiqini vermədiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
38
50
yeniavaz.com

10Источники