AZ

İran Hörmüzü 1 aya minalardan təmizləyəcək

ABŞ və İran hərbi əməliyyatlara son qoymaq barədə razılığa gəldikdən təxminən 30 gün sonra Hörmüz boğazının açılmasını nəzərdə tutan planı müzakirə edirlər.

Musavat.com xəbər verir ki, məlumatı Nikkea Yaxın Şərqdəki diplomatik mənbəyə istinadən yayıb:

"Razılaşma əldə edildikdən sonra İran boğazı 30 gün ərzində minalardan təmizləməyə davam edəcək. Bundan sonra bütün ölkələrdən gəmilər faktiki bağlanmadan əvvəl olduğu kimi sərbəst və təhlükəsiz şəkildə boğazdan keçmək imkanına malik olacaqlar. İran tranzit haqqı almayacaq".

Həmçinin məlumdur ki, aprelin əvvəlində ABŞ və İran arasında razılaşdırılmış atəşkəs 60 gün uzadılacaq.

Qəzet yazır ki, plana əsasən, bu iki aylıq hərbi əməliyyatlar fasiləsi zamanı İranın nüvə proqramı ilə bağlı danışıqlar aparılacaq. İranın zənginləşdirilmiş uranın idarə olunması üçün konkret tədbirlər işlənəcək.

Bundan əlavə, ABŞ sanksiyalarının ləğvi və İran aktivlərinin dondurulmasının mərhələli şəkildə həyata keçiriləcəyi məlumdur.

Nəşr həmçinin bildirir ki, Livan hərbi əməliyyatların dayandırılacağı ərazilər arasındadır. İran münaqişəyə son qoymaq üçün İsraildən Hizbullah-a hücumları dayandırmağı tələb etdi. İsrail isə Hizbullahın tərksilah edilməsini tələb edir.

Lakin yekun razılaşmanın əldə edilib-edilməyəcəyi hələ də məlum deyil. İran tərəfi ABŞ ilə tez bir razılaşmaya Vaşinqton qədər nikbin deyil. Bu arada, Çinin xarici işlər naziri Vanq Yi Pakistan vasitəçisinin nümayəndəsi ilə danışıqlar aparıb və bundan sonra hər iki tərəfin müharibəyə son qoymaq üçün razılığa gəlməyə yaxın olduğunu açıqlayıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
1
olaylar.az

10Mənbələr