RU

Məşhur cütlük Romada toy etdi – VİDEO

Türkiyəli futbolçu Cengiz Ünder sosial media fenomeni Bilge Yenigül ilə ailə həyatı qurub.

Bizim.Media Türkiyə KİV-ə istinadla xəbər verir ki, toy mərasimi Roma şəhərində baş tutub.
 

Yeni evlənən cütlük xoş günlərini sosial şəbəkə hesablarında paylaşdıqları birgə fotolarla izləyicilərinə təqdim edib. Nikahdan yayılan ilk görüntülər qısa müddətdə sosial mediada böyük maraq doğurub.


İzləyicilər və yaxın dostları məşhur cütlüyü təbrik ediblər.

Qeyd edək ki, transfer hüquqları “Fənərbağça”ya məxsus olan Ünder son mövsümü icarə əsasənda “Beşiktaş”da keçirib. Cütlük ötən ilin aprel ayında ailə arasında təşkil olunan sadə nişan mərasimi ilə evliliyə ilk addımı atmışdı.


Bizim.Media

Избранный
16
1
bizim.media

10Источники