RU

Uqandanın BMT də daimi nümayəndəsi: Azərbaycan Cənub Cənub əməkdaşlığını daha yüksək səviyyəyə qaldırıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan hökuməti ilə birlikdə Afrika Gününün qeyd edilməsi Afrika–Azərbaycan diplomatik əlaqələrinin həqiqətən də inkişaf etdiyini göstərən amillərdən biridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransın "Azərbaycan–Afrika münasibətləri: mövcud dinamika və strateji potensial" mövzusundakı panel müzakirələrinə onlayn qoşulan Uqandanın BMT-də daimi nümayəndəsi Adonia Ayebare söyləyib.

O bildirib ki, biz BMT-də Cənub–Cənub əməkdaşlığını vurğulayırıq, lakin Azərbaycan bunu daha yüksək səviyyəyə qaldırıb: “Məsələn, Afrika ilə Cənub–Cənub əməkdaşlığı çərçivəsində münasibətlərin qurulması Afrika ilə Azərbaycanın əlaqələrinin artmasına təsir edən amillərdən biridir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
2
azertag.az

3Источники