RU

“Sülh”lə başlayan çempionat “sülh”lə də bitdi – Tura baxış

Misli Premyer Liqasında mövsüm başa çatdı. Maraqlıdır ki, bu mövsümün ilk oyunu “Karvan-Yevlax”ın iştirakı ilə keçirilmişdi və həmin görüşdə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Son turda da “Karvan-Yevlax” “İmişli” ilə oynadı və eyni hesabın qeydə alındığı qarşılaşmada qalib müəyyənləşmədi. 
Qeyd edək ki, son tur turnir cədvəlindəki yerlərə təsir göstərmədiyindən o qədər də əhəmiyyət kəsb etmirdi.

“Qəbələ” – “Şamaxı” 3:1 
Qollar:
Seydina Keyta, 4. Domi Massumo, 33. Nicat Əliyev, 36 - Karim Rossi, 15.
"Qəbələ": 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 33. Seydina Keyta 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 94. Həbib Hüşənov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 26. Elnur Mustafayev 21. Ziya Şəkərxanov 3. Eduardo Kunde 70. Paulo Quimbila 30. Prins Ovusu
Baş məşqçi: Kaxaber Tsxadadze
“Şamaxı”: 99. Səlim Həşimov 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 80. Həbib İsmayılov 27. Emil Süleymanov 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 3. Vladislav Veremeyev 11. Dioqo Balau
Ehtiyat oyunçular: 66. Salih Məmmədli 17. Rafael Məhərrəmli 21. Bilal İsmayılov 48. Ramiz Muradov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 90. Davud Mənsumov 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov.

Turun açılış oyununda “Qəbələ” doğma meydanda “Şamaxı”nı qəbul etdi. Bu qarşılaşma Ayxan Abbasovun “Şamaxı”nın baş məşqçisi kimi sonuncu oyunu idi. Amma çalışdırıcı “Şamaxı”ya qələbə ilə vida edə bilmədi. İlk hissədə 3 dəfə fərqlənən “Qəbələ” qarşılaşmada sevinən tərəf oldu. Maraqlıdır ki, “Şamaxı” ikinci hissədə hesab arasındakı fərqi azaldıb, intiriqanı qaytarmaq üçün elə də ciddi səy göstərmədi. 
Qələbə sayəsində “Qəbələ” xallarını “Kəpəz”lə eyniləşdirsə də, Gəncə təmsilçisini ötmək digər göstəricilərə görə mümkün olmadı. 27 xalla 11-ci olan “Qəbələ” elitadakı yerini qorumaq üçün pley-off oyununda  “Mingəçevir”lə qarşılaşacaq. “Şamaxı” isə 38 xal toplayıb, mövsümü 8-ci yerdə başa vurdu.

“Turan Tovuz” – “Sabah” 1:2
Qollar:
Ayxan Hüseynov, 86. Aaron Maluda, 15. Xəyal Əliyev, 64.
“Turan Tovuz”: 41. Sergey Samok, 4. Şəhriyar Əliyev (k), 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 14. Murad Dadaşev, 99. Vadji İbrahima, 32. Hayderson Hurtado, 8. David Tavareş, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 97. Elçin Qasımov, 73. Ülvi Mədətov, 20. İbrahim Ramazanov, 42. İsmayıl İsmayılov, 60. Vüqar Bağırov, 47. Pərvin Rəşidov, 75. Əli Kiçibəyov, 9. Coş Cinnelli.
Baş məşqçi: Kurban Berdiyev.
“Sabah”: 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev (k), 5. Rəhman Daşdəmirov, 9. Xəyal Əliyev, 3. Stiv Solvet, 13. İvan Lepiniça, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 92. Stas Pokatilov, 55. Nicat Mehbalıyev, 2. Amin Seydiyev, 6. Abdulax Xaybulaev, 89. Cəfər Muxtarov, 80. Akim Zedadka, 11. Kahim Parris, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Az öncə qeyd etdiyim kimi, son tur öz əhəmiyyətini itirdiyindən “Turan Tovuz” “Sabah”ı Masazırda qəbul edirdi. Bunun səbəbi kimi Tovuzdakı stadionun təmirə bağlandığı qeyd olunurdu. Nominal qonaq “Sabah” görüşdə özünü əsl ev sahibi kimi apararaq qələbə qazanan tərəf oldu. 15-ci dəqiqədə Maluda hesabı açdı. 64-cü dəqiqədə isə Xəyal Əliyev “Sabah”ın üstünlüyünü artırdı. Ayxan Hüseynovun sona 4 dəqiqə qalmış hesab arasındakı fərqi azaltması isə zəif təsəllidən başqa bir şeyə yaramadı.
Çempion “Sabah” mövsümü 78 xalla başa vurdu. Bürünc medalçı “Turan Tovuz” isə 59 xal toplamağı bacardı.

“Sumqayıt” – “Qarabağ” 3:4 
Qollar:
Səbuhi Abdullazadə, 53. Rüstəm Əhmədzadə, 73. Emil Mustafayev, 90+3 - RamiI Şeydayev, 3; 64. Emanuel Addai, 21. Aleksey Kaşuk, 85.
“Sumqayıt”: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 9. Aleksandr Ramalinqom, 6. Sedrik Badolo, 33. Danilo Beskorovaynı, 95. Nsana Simon.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 10. Nikola Ninkoviç, 11. Aleksa Yankoviç.
Baş məşqçi: Saşa İliç.
“Qarabağ”: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 80. Bəhruz Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 82. Məhəmməd İmaməliyev, 8. Marko Yankoviç, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 66. Hacı İbrahim, 76. Nicat Xasıyev, 74. Səbuhi Niftiyev, 47. Mehdi Mütəllimli.
Baş məşqçi: Qurban Qurbanov.

Gümüş medalları özü üçün təmin edən “Qarabağ” da mövsümü qələbə ilə başa vurdu. Qurban Qurbanovun əsas heyət üzvlərinin əksəriyyətinə istirahət verməsi “Sumqayıt” üçün fürsət idi. Amma meydan sahibləri bu fürsətdən yararlana bilmədilər. Özünü göstərməyə çalışan “Qarabağ”ın ehtiyat qüvvəsi “Sumqayıt”ın qapısına 4 dəfə yol tapa bildi. Xüsusən də Ramil Şeydayevin “dubl” etdiyi diqqət çəkir. Onunla yanaşı Addainin də vurduğu qol vida qolu sayılmalıdır. “Sumqayıt” Amin Ramazanovun qoruduğu qapıya 3 dəfə yol tapdı ki, bu qollar xal qazanmaq üçün yetərli olmadı.
Xalını 69-a çatdıran “Qarabağ” mövsümü ikinci pillədə başa vurdusa, 41 xallı “Sumqayıt” 7-ci oldu.

“Kəpəz” – “Neftçi” 0:1 
Qol:
Freddi Varqas, 54.
Qırmızı vərəqə: İfeanyi Metyu, 64 ("Neftçi")
"Kəpəz": 81. Elgün Bayramov 99. Əli Səmədov 5. Rauf Hüseynli 88. Şakir Seyidov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 11. Rəhman Hacıyev 29. Dioqo Verdaska (k) 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 6. Camal Cəfərov 80. Şahnur İsmayılov 57. Amur Yusifov 30. Ruslan Quliyev 83. Raul İsaqov 12. Mahamadu Ba
Baş məşqçi: Azər Bağırov
"Neftçi": 1. Emil Balayev (k) 4. Elvin Camalov 17. Murad Xaçayev 77. Falaye Sako 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 10. Freddi Varqas 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi
Ehtiyat oyunçular: 13. Kenan Piriç 95. Eldar Babayev 8. Emin Mahmudov 15. Elvin Bədəlov 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 14. Edvin Kuç 6. Sessi Dalmeyda 24. Mustafa Sek 70. Andrey Ştoqrin 11. İmad Faraj
Baş məşqçi: Yuri Vernidub

Sumqayıtda keçirilən qarşılaşmada “Neftçi” azlıqda qalsa da, qələbə qazanmağı bacardı. “Ağ-qaralar”a qələbə gətirən qolu Freddi Varqas 54-cü dəqiqədə “Kəpəz”in qapısından keçirdi. Bu mövsüm əsas hədəfi Premyer Liqadakı yerini qorumaq olan “Kəpəz” rəqibinə ciddi müqavimət göstərmədi. “Neftçi” isə mövsümün son görüşündə də qələbə qazanmaqla avrokuboklar öncəsi azarkeşlərini bir qədər də ümidləndirmiş oldu. İndi komandanı qarşıda çətin sınaqlar gözləyir.
Mövsüm boyu enişli-yoxuşlu qrafik cizən “Neftçi”nin sonda 4-cü pilləni tutması heç də pis nəticə deyil. Komanda bu pilləni 59 xalla tutdu və “Zirə”ni 6 xal qabaqladı. “Kəpəz” isə elitadakı yerini qorumağa imkan verən 10-cu pilləni 27 xalla “özəlləşdirdi”.

“Araz-Naxçıvan” – “Zirə” 3:2
Qollar:
Patrik Andrade, 15. Felipe Santos, 32. Ramon Maçado, 73 -  Ruan Renato, 69. Martins Junior, 82.
“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli, 34. Ürfan Abbasov (k), 4. Rahil Məmmədov, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 19. Bar Kohen.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 8. Coşqun Diniyev, 86. İbrahim Piriyev, 33. Elmir Cəfərov, 16. Ramon Maçado, 70. Çarlz Boli.
Baş məşqçi: Andrey Demçenko.
“Zirə”: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato (k), 9. Davit Volkov, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 73. Anatoli Nuriyev, 32. Qismət Alıyev, 19. Rüfət Abdullazadə, 26. Stefan Akka, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 11. Junior Martins, 17. Ayron Qomis, 22. Eren Aydın.
Baş məşqçi: Rəşad Sadıqov.

Andrey Demçenko “Araz Naxçıvan”ın baş məşqçisi kimi qapını bərk çırpmağı bacardı. Onun komandası “Zirə”ni 3:2 hesabıyla məğlub etdi. Hərçənd ki, kubokun finalında da uduzan “Zirə” görüşə həvəssiz çıxmışdı. Amma bu məqam belə qələbənin dəyərini azaltmamalıdır. Sanki “Araz Naxçıvan” hamıya “biz də varıq” demək üçün oynayırdı. Əyalət təmsilçisinin ilk yarıda 2:0 önə keçməsi, “Zirə”nin fərqi azaltmasından az sonra 3-cü qolu vurması bunun göstəricisi idi. Düzdür, final fitinə qədər “Zirə” ikinci dəfə fərqlənərək fərqi yenidən azaltdı, amma qəsəbə komandası məğlubiyyətdən qaça bilmədi.
“Araz Naxçıvan” 46 xalla mövsümün 6-cı komandası oldu. “Zirə” 53 xal toplamağı bacardı ki, bununla da 5-ci pillədən yuxarı qalxa bilmədi.

“İmişli” – “Karvan-Yevlax” 1:1 
Qollar:
Dioqu Kardozu, 90+4 - Peter Kinqs, 28.
“İmişli”: 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 3. Tuncay Yusifli 20. Nazim Hüseynov 29. Edvin Banquera (k). 
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 33. Andrey Sinenka 90. Riad Abbaszadə 47. Orxan Fərəcov 30. Xəlil Mürsəlli 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 6. Yau Mozes 79. Dioqo Kardozu 17. Ezekiel Morqan. 
Baş məşqçi: Jorje Kaşkilya. 
“Karvan-Yevlax”: 1. Kamran İbrahimov 33. Eltun Turabov (k) 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 17. Samir Abdullayev 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 8. Peter Kings. 
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 18. Süleyman Əhmədov 14. Uğur Cahangirov 19. Tompson Qavi 10. Samuel Durrant. 
Baş məşqçi: Füzuli Məmmədov.

Nominal meydan sahibi “İmişli” Qubada keçirilən oyunun 28-ci dəqiqəsində hesabda geri düşdü. Kinqs “Karvan-Yevlax”ı hesabda önə keçirdi. Hər kəs görüşün elə bu hesabla başa çatacağını gözlədiyi anda Kardozu “İmişli”ni məğlubiyyətdən xilas etdi. Maraqlıdır ki, bu bərabəlik “İmişli” üçün mövsümdə 13-cü oldu. Komandanın məğlubiyyət sayı da 13-dür. Bununla belə debütantın rəqiblərinə “diş” göstərə bilməsi, elitadakı yerini çətinliklə qoruya bilməsi alqışlanmalıdır. Sözsüz ki, bu işdə komandanın çalışdırıcısı Kaşkilyanın da böyük əməyi var. Çalışdırıcı oyun sonrası mətbuat konfransında gecə vətəninə yollanacağını, “İmişli”yə dönüb-dönməyəcəyini bildirdi.
Aran təmsilçisi daim səfərlərdə keçirdiyi mövsümü 34 xalla 9-cu bitirdi. Elitaya bu mövsüm yüksələn “Karvan-Yevlax” cəmi 15 xal toplamağı bacardı ki, bu xal da yerini qorumaq üçün kifayət etmədi.

Amal Abuşov

Избранный
3
50
fanat.az

10Источники