Cari mövsüm Premyer Liqa çempionluğu və Azərbaycan Kubokunu qazanan “Sabah” növbəti mövsümün planlamasına start verib.
Bizim.Media xəbər verir ki, rəhbərlik 3 yerli futbolçunu komandada saxlamaq niyyətindədir.
Bunlar Xəyal Əliyev, Abdulla Xaybullayev və Rəhman Daşdəmirovdur. Adıçəkilən futbolçulara yeni sözləşmə təklif ediləcək.
Digər yerli oyunçular – Amin Seydiyevlə Tellür Mütəllimovla isə danışıqlar aparılacaq. Bu futbolçuların klubda qalıb-qalmayacağı hələlik bəli deyil. Müdafiəçilərin növbəti mövsüm “Sabah”da olmamaq ehtimalı var.
Yaxın günlərdə onların paytaxt klubundakı taleyi bəlli olacaq.
Bizim.Media