RU

Oğlu evləndi, Tramp toya getmədi

ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Tramp Jr. model Bettina Andersonla ailə həyatı qurub.

Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, toy mərasimi cümə axşamı günü Florida ştatının Vest Palm Biç şəhərində baş tutub.

40 nəfərə yaxın qonağın qatıldığı özəl mərasimdə ABŞ lideri Donald Tramp iştirak etməsə də, övladları İvanka, Erik, Tiffani Tramp və həyat yoldaşları cütlüyü tək qoymayıblar.

Qeyd edək ki, ABŞ prezidenti daha əvvəl İranla bağlı yaranan məsələlər səbəbindən toyda iştirak edə bilməyəcəyini açıqlamışdı.

Избранный
29
publika.az

1Источники