RU

Portuqaliya Kuboku: 2-ci liqa komandası Avropa Liqasında!

Futbol üzrə Portuqaliya kubokunda qalibin adı bəlli olub.

Apasport.az xəbər verir ki, final görüşündə "Sportinq" və "Torrense" qarşı-qarşıya gəliblər.

Oyunun əsas vaxtında qalib müəyyənləşməyib: 1:1.

Əlavə olunan vaxtda 2-ci liqa təmsilçisi "Torrense" daha bir qol vurmağı bacarıb.

Matçda başqa qol olmayıb: 2:1.

Bu sürpriz nəticədən sonra kuboka yiyələnən "Torrense" növbəti mövsüm Avropa Liqasında çıxış etməyə vəsiqə qazanıb.

Qeyd edək ki, aşağı liqa təmsilçisi elitaya yüksəlmək uğrunda mayın 28-i "Kasa Pia" ilə final oynayacaq. 

Almaniya Kuboku: “Bavariya” çempion

“Hull Siti” PREMYER liqada!

“Çelsi”nin yeni transfer hədəfi: BARKO

Türkiyə Superkuboku: Cütlüklər bəlli oldu

Kivu ən yaxşı seçildi

Избранный
28
1
apasport.az

2Источники