RU

"Çərçivə sazişi üzrə razılaşmanın 95 faizi tamamlanıb"

Yazını böyüt
Yazını kiçilt

ABŞ və İran arasında çərçivə sazişi üzrə razılaşmanın 95 faizinin tamamlandığı bildirilir. Bu barədə “Fox News” mənbələrə istinadla məlumat yayıb.

Hafta.az xəbər verir ki, Tehran “çərçivə sazişi ilə prinsip etibarilə razılaşıb” və sənədin böyük hissəsi artıq razılaşdırılıb. Adı açıqlanmayan rəsmi şəxs telekanala bildirib ki, - “nüvə proqramı və Hörmüz boğazı ilə bağlı razılıq əldə olunub, hazırda isə mətn üzərində iş aparılır”.

Mənbənin sözlərinə görə, “bu gün və ya sabah müqavilə imzalanmayacaq”. Hesab edilir ki, ABŞ Prezidenti Donald Tramp yekun razılaşmanın əldə olunması üçün daha beş-yeddi gün vaxt verə bilər.

Qeyd edilib ki, Vaşinqton özünü qane edən razılaşma əldə edə bilməsə, ABŞ ordusu İslam Respublikasına qarşı hərbi əməliyyatları davam etdirə bilər.

Tramp daha əvvəl İranla bağlı razılaşmanın hələ tam şəkildə yekunlaşdırılmadığını bildirmişdi. ABŞ Prezidenti, həmçinin nümayəndələrinə Tehranla danışıqlarda tələsməməyi tapşırdığını da açıqlamışdı.

Избранный
10
3
hafta.az

4Источники