Publika.az bu günün qoroskopunu təqdim edir:
Qoç
Həftəyə iş həyatınız, gündəlik öhdəlikləriniz və sağlamlıq mövzuları ilə aktiv bir giriş edirsiniz. İntuisiyalarınız sizə iş layihələrində maraqlı çıxış yolları göstərə bilər. Detallı və planlı işləmək diqqətdən qaçan bəzi kiçik xətaları düzəltməyə kömək edəcək. Şəxsi həyatınızda və ya rəhbərliklə münasibətlərdə iddialı, dominant davranmaq əvəzinə, strateji səssizliyi qorumaq bu gün sizin ən böyük gücünüz olacaq.
Buğa
Həm iş həyatınızda, həm də pərdəarxası, emosional münasibətlərinizdə olduqca güclü və dəstəkləyici təsirlər altındasınız. Son günlərdə hiss etdiyiniz zehni və ya fiziki təzyiqlərdən sonra bu gün daxili bir rahatlama, sakitləşmə dövrünə keçirsiniz. Xüsusilə yaradıcı layihələrə və ya hobbilərinizə özünüzü tamamilə həsr edə bilərsiniz. Şəxsi həyatınızda daxili səsinizə qulaq asın, səbirli olmaq sizə gözəl nəticələr gətirəcək.
Əkizlər
Bürcünüzdəki hərəkətlilik sizə böyük bir özgürlük, sərbəstlik və spontan hərəkət etmək arzusu verir. Özünüzə olan inamınızın artması ilə ünsiyyət kanallarınız tamamilə açılır. Bu gün ətrafınızdakı insanların sizin haqqınızda xoş sözlər danışdığını eşidə bilərsiniz. Karyeranızda maraqlı inkişaf və ya gözlənilməz istiqamət dəyişiklikləri baş verə bilər, yeni təkliflərə açıq olun.
Xərçəng
Bu gün daxili dünyanıza, ailənizə və yaxın ətrafınıza fokuslanmaq sizə daha yaxşı təsir edəcək. Zehni olaraq bir az yavaşlamaq və son zamanlarda yaşanan hadisələri təhlil etmək istəyə bilərsiniz. Ev daxilində və ya yaxın dostlarla edilən səmimi söhbətlər gələcəyə dair planlarınızı formalaşdırmaqda kömək edəcək. Fədakarlıq hisslərinizin yüksək olduğu bir gündür, ətrafınızdakılara kömək etmək motivasiyanızı artıracaq.