RU

"Şamaxı"ya "yox" deyən Rossi "Zirə"yə də keçmək fikrində deyil -Yeni mövsümə harada başlayacağı bilindi

"Şamaxı"dakı performansı ilə diqqətləri üzərinə çəkən hücumu Karim Rossi gələcək karyerası ilə bağlı qərarını verib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Mərakeş əsilli isveçrəli forvard "bənövşəyilər"in müqavilə yeniləmək təklifini geri çevirib.

Daha doğrusu, Qazaxıstandan maddi planda olduqca sərfəli çağırış alan Rossinin tələb etdiyi maaşın məbləği "aslanlar"ın məhdud büdcəsi ilə uzlaşmayıb. Onunla yerli klublardan "Zirə" maraqlansa da, qəsəbə klubu da forvardın yaxşı qazanmaq istəyi qarşısında geri çəkilib.

Qeyd edək ki, cari mövsüm Misli Premyer Liqası və Azərbaucan Kubokunda 35 matça çıxan Rossi 13 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı ön xətt oyunçusunun transfer qiymətini 250 min avro ilə dəyərləndirir.

Toğrul

Избранный
15
1
fanat.az

2Источники