RU

Rusiyaya iş üçün gedənlər: İcazə 8 dəfə bahalaşır

Rusiya Dövlət Dumasının Aşağı Palatasının spikeri Vyaçeslav Volodin miqrantlar üçün rüsumların əhəmiyyətli dərəcədə artırılmasını tələb edib.

O bildirib ki, müvafiq qanun layihələrinin nəzərdən keçirilməsinə gələn həftə başlanacaq.

“Cebheinfo.az” xəbər verir ki, miqrantlar üçün vergi rüsumlarının təklif olunan artımı aşağıdakı kimidir: Rusiya vətəndaşlığına qəbul üçün müraciət edənlər üçün 12 dəfə - 4200-dən 50 000 rubla qədər, müvəqqəti yaşayış icazəsi üçün müraciət edənlər üçün 8 dəfə - 1920-dən 15000 rubla qədər artır.

Daimi yaşayış icazəsi üçün müraciət edənlər üçün 5 dəfə - 6000-dən 30.000 rubla qədər artım olacaq. Bundan əlavə, miqrantlar üçün iş icazəsinin verilməsi üçün rüsumun hər bir xarici mütəxəssis üçün 15000 rubla qədər artırılması planlaşdırılır. “Bütün bunlar miqrasiya sahəsində nizam-intizamın yaradılmasına kömək edəcək və həmçinin ildə 15 milyard rubla çatacağı proqnozlaşdırılan əlavə büdcə gəlirləri yaradacaq", - deyə o qeyd edib.

Volodin bildirib ki, Dövlət Duması hazırda miqrasiya məsələlərini tənzimləyən 10 qanunvericilik təşəbbüsünü nəzərdən keçirir. 2024-cü ildən başlayaraq bu sahədə 22 federal qanun qəbul edilib, hüquqi çərçivə yaradılıb.

Избранный
84
cebheinfo.az

1Источники