RU

İran polisindən Azərbaycan konsulunun həlak olduğu qəza ilə bağlı açıqlama

İran Polis Komandanlığı (FƏRACA) Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu Ramil İmranovun həlak olduğu avtomobil qəzasının ilkin təfərrüatını açıqlayıb.

Publika.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

FƏRACA Yol Polisi İdarəsinin rəisi Əhməd Kərimi Əsəd bildirib ki, hadisə şənbə günü günorta saatlarında Mərənd polis yol postunun nəzarət etdiyi ərazidə qeydə alınıb.

Məlumata görə, diplomatik nömrə nişanlı "KIA Sportage" markalı avtomobil yolun kənarında dayanmış betondaşıyan mikser yük maşını ilə toqquşub.

Polisin açıqlamasında qeyd olunub ki, avtomobildə yalnız Azərbaycan vətəndaşı Ramil İmranov olub və o, aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Избранный
42
7
publika.az

10Источники