RU

Axalkalaki–Qars dəmir yolu açılıb – Paşinyan


Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Axalkalaki–Qars dəmir yolu artıq Ermənistanın ixrac və idxal əməliyyatları üçün istifadəyə verilib.
Yeniavaz.com
xəbər verir ki, Paşinyan bu barədə sosial media hesabında paylaşım edib.
Baş nazir hadisəni ölkənin iqtisadi həyatı üçün mühüm addım kimi qiymətləndirib.
“Axalkalaki–Qars dəmir yolu, Azərbaycan dəmir yolu kimi, artıq Ermənistandan ixrac və Ermənistana idxal üçün açıqdır. Bu, ölkəmizin iqtisadi həyatında mühüm hadisədir. Türkiyə və Gürcüstandan olan tərəfdaşlarımıza təşəkkür edirəm”, – deyə Baş nazir qeyd edib.
Onun sözlərinə görə, hazırda Ermənistanın Rusiya ilə Gürcüstan və Azərbaycan üzərindən dəmir yolu əlaqəsi mövcuddur. Bundan əlavə, Ermənistanın Rusiya və Qazaxıstan vasitəsilə Çin ilə, Gürcüstan və Türkiyə üzərindən isə Avropa Birliyi ilə nəqliyyat bağlantısı qurduğu vurğulanıb.
Paşinyan həmçinin yaxın gələcəkdə Naxçıvan üzərindən Ermənistan–Türkiyə, Ermənistan–Azərbaycan və daha sonra Ermənistan–İran dəmir yollarının açılmasının gözlənildiyini bildirib.
Избранный
4
44
yeniavaz.com

10Источники