Ermənistan son illərdə geosiyasi baxımdan periferiyadan (kənardan) mərkəzə doğru irəliləyib.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Şirak mərzinin Saraxbyur kəndinin sakinləri ilə görüşündə bəyan edib.
Paşinyanın sözlərinə görə, bunun daha bir sübutu TRIPP layihəsinin reallaşdırılmasıdır:
"Hazırda biz Amerika Birləşmiş Ştatları ilə artıq ictimaiyyətə açıqlanmış çərçivəni əhatə edən saziş imzalamağa hazırlaşırıq. Bütün prinsiplər bəyan olunub. Dəmir yolu Meğridən keçəcək — Meğridən Naxçıvana, Naxçıvandan Arazdəyənə (Erasx), Arazdəyəndən Gümrüyə, Axurik vasitəsilə isə Türkiyəyə. Bu layihənin icrası nəticəsində İran-Ermənistan dəmir yolunun açılması da olduqca vacibdir".
Ermənistan hökumətinin başçısı bu marşrutun ölkəsinə qlobal logistik üstünlüklər qazandıracağını iddia edib:
"Yəni, bizim Fars körfəzindən Qara dənizə, Batumi, Poti və Anakliya limanlarına qədər dəmir yolu xəttimiz olacaq. Bu, olduqca mühümdür, çünki ölkəmizin iqtisadi vəziyyəti 100 faiz dəyişəcək".
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta