RU

Evdə hörümçək görən kimi öldürürük, amma varlığı bu əlamətin göstəricisi imiş

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Mütəxəssislər evdə görünən hörümçəklərin öldürülməməsi ilə bağlı xəbərdarlıq ediblər.Demokrat.az xəbər verir ki, alimlərin sözlərinə görə, ev hörümçəkləri zərərvericilərlə mübarizədə mühüm rol oynayır və onların evdə olması yaşayış mühitinin sağlam olduğunun göstəricisi sayılır.Aparılan araşdırmalara əsasən, hörümçəklər milçək, ağcaqanad və tarakan kimi həşəratları məhv edərək təbii zərərverici nəzarəti funksiyasını yerinə yetirirlər. Bildirilir ki, bir çox hörümçək növü evlərdəki ekoloji balansın qorunmasına kömək edir.Bioloqlar qeyd edirlər ki, ev hörümçəkləri yaşayış yeri seçərkən çox həssas davranırlar. Onlar həddindən artıq isti, rütubətli və havasız məkanlardan uzaq dururlar. Buna görə də evdə hörümçəyin olması həmin məkanın hava keyfiyyətinin normal və yaşayış üçün uyğun olduğuna işarə hesab edilir.Mütəxəssislər həmçinin bildiriblər ki, ev şəraitinə uyğunlaşmış bəzi hörümçək növlərini çölə atmaq onlar üçün ölümə səbəb ola bilər. Çünki həmin canlılar artıq açıq təbiətdə yaşamağa uyğun olmurlar.Ekspertlər evdə hörümçəkdən narahat olan şəxslərə onları öldürmək əvəzinə qaraj, zirzəmi və ya az istifadə olunan otaqlara köçürməyi tövsiyə edirlər.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
139
demokrat.az

1Источники