Tramp İranın ABŞ bayrağı rənglərində olan xəritəsini paylaşdı
ABŞ prezidenti Donald Tramp silueti ABŞ bayrağı ilə rənglənmiş İran xəritəsini paylaşıb.
Musavat.com xəbər verir ki, amerikalı lider bu barədə özünə məxsus "Truth Social" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Xəritədə Yaxın Şərq ölkələrinin hamısı əks olunub. Digər dövlətlərin siluetləri ağ rəngdə göstərilsə də, İranın silueti ABŞ bayrağının rənglərinə boyanıb.
Xəritənin üzərində isə “Yaxın Şərqin Birləşmiş Ştatları?” sözləri yazılıb.
Musavat.com
