RU

Bu bürclərə ŞAD XƏBƏR - Həyat möcüzəyə çevriləcək

May ayının son günləri bəzi bürclər üçün dönüş nöqtəsinə çevrilə bilər. Astroloqlar hesab edir ki, planetlərin düzülüşü xüsusilə münasibətlər, karyera və maliyyə sahəsində gözlənilməz dəyişikliklər gətirəcək.

Musavat.com xəbər verir ki, bəzi bürclər uzun müddətdir gözlədiyi xəbəri alacaq, bəziləri isə həyatında tamamilə yeni səhifə açacaq.

Buğa

Mayın son həftəsi Buğalar üçün həm maddi, həm də şəxsi həyatda canlanma gətirəcək. Uzun müddətdir yerində sayan məsələlər birdən-birə həll oluna bilər. Yeni iş təklifi, əlavə gəlir və ya gələcəklə bağlı ciddi qərar gündəmə gələ bilər. Münasibətlərdə də səmimi etiraflar və gözlənilməz yaxınlaşmalar mümkündür.

Əqrəb

Əqrəblərin həyatında köklü dəyişikliklər başlayır. Xüsusilə emosional yükdən qurtulmaq və yeni mərhələyə keçmək üçün uyğun zamandır. Köhnə münasibətlərin bağlanması və ya yeni bir insanın həyatlarına daxil olması ehtimal edilir. Bu həftə verilən qərarlar uzun müddət təsir göstərə bilər.

Dolça

Dolçalar üçün mayın sonu sürprizlərlə dolu olacaq. Gözlənilmədən qarşılarına çıxacaq imkan onların həyat istiqamətini dəyişə bilər. Xariclə bağlı planlar, yeni layihə və ya fərqli iş mühiti gündəmə gələ bilər. Astroloqlar risk etməkdən qorxmamağı tövsiyə edir.

Şir

Şirlər uzun müddətdir hiss etdiyi durğunluqdan çıxmağa başlayacaq. Xüsusilə karyera və şəxsi inkişaf sahəsində mühüm addımlar atıla bilər. Ətrafdan alınacaq dəstək onların motivasiyasını artıracaq. Mayın son günləri Şirlər üçün özünü sübut etmə dövrü olacaq.

Balıqlar

Balıqların intuisiiyası bu həftə daha da güclənəcək. Qarşılarına çıxan insan və hadisələr təsadüfi olmayacaq. Ailə, sevgi və şəxsi rahatlıq mövzuları ön plana çıxır. Bəzi Balıqlar yaşayış yeri və ya işlə bağlı qəfil qərar verə bilər.

Musavat.com

Избранный
18
musavat.com

1Источники