RU

Pakistanın ordusunun komandanı Tehranda Pezeşkian, Əraqçi və Qalibafla ABŞ-la danışıqları müzakirə edib - YENİLƏNİB

Pakistan ordusunun komandanı feldmarşal Asim Munir Tehranda İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, Asim Munir İran və ABŞ arasında razılaşma əldə olunması istiqamətində Pakistanın vasitəçilik səylərini davam etdirmək üçün Pezeşkianla danışıqlar aparıb.

Asim Munir İran parlamentinin sədri, İranın ABŞ-la danışıqlar üzrə rəhbəri Məhəmməd Baqer Qalibafla da görüşüb.

***

11:39

İran xarici işlər naziri Abbas Əraqçi Tehranda ABŞ-la danışıqlarda vasitəçi olan Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüş Tehran və Vaşinqton arasında ilkin razılaşma çərçivəsinin əldə olunmasına dair ehtimallar fonunda baş tutub.

Görüşdə tərəflər gərginliyin artmasının qarşısını almaq, İrana qarşı müharibəyə son qoymaq, eləcə də Qərbi Asiyada sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi yollarını müzakirə ediblər.

Eyni zamanda, Abbas Əraqçi bu səylər çərçivəsində bu gün Türkiyə, Qətər və İraqın xarici işlər nazirləri ilə telefon danışığı aparıb.

Избранный
4
3
apa.az

10Источники