Pakistan ordusunun komandanı feldmarşal Asim Munir Tehranda İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Redaktor.az-ın xəbərinə görə, Asim Munir İran və ABŞ arasında razılaşma əldə olunması istiqamətində Pakistanın vasitəçilik səylərini davam etdirmək üçün Pezeşkianla danışıqlar aparıb.
Asim Munir İran parlamentinin sədri, İranın ABŞ ilə danışıqlar üzrə rəhbəri Məhəmməd Bağır Qalibafla da görüşüb.