RU

Azərbaycan nefti ucuzlaşıb

Bakı. TurkicWorld:

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 4,09 ABŞ dolları və ya 3,58% ucuzlaşaraq 110,05 ABŞ dollarına enib.

Bu barədə TurkicWorld-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 4,09 dollar və ya 3,66% ucuzlaşaraq 107,73 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,47 dollar və ya 5% azalaraq 85,05 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,48 dollar və ya 4% azalaraq 107,23 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Избранный
17
20
turkic.world

10Источники