AZ

Azərbaycan nefti ucuzlaşıb

Bakı. TurkicWorld:

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 0,41 ABŞ dolları və ya 0,35% ucuzlaşaraq 115,52 ABŞ dollarına enib.

Bu barədə TurkicWorld-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,31 dollar və ya 0,27% ucuzlaşaraq 112,99 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,29 dollar və ya 0,32% azalaraq 91,44 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,37 dollar və ya 0,33% azalaraq 111,20 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Seçilən
83
8
turkic.world

10Mənbələr