Bu gün may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Bu barədə HİT.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Beləliklə, bu ayın bütün sosial ödənişləri başa çatdırılıb.
Bundan əvvəl mayın 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan MR, mayın 20-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin may ayı üzrə pensiyaları ödənilib.