RU

Kristian Kivu A Seriyasında mövsümün ən yaxşısı seçildi – ARENA.AZ

Milan “İnter”inin baş məşqçisi, rumıniyalı futbol mütəxəssisi Kristian Kivu İtaliya A Seriyasında 2025/2026 mövsümünün ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi saytı məlumat yayıb.

Gənc mütəxəssis mövsümün başa çatmasına bir neçə tur qalmış “İnter”i çempion edib. Komanda onun rəhbərliyi altında həm də İtaliya Kubokunu qazanaraq “qızıl dubl”a imza atıb. Bütün bunlar onun mövsümün ən yaxşı məşqçisi seçilməsində həlledici olub.

Xatırladaq ki, Kristian Kivu cari mövsümün əvvəlində “İnter”ə baş məşqçi təyin edilib. Onun Milan təmsilçisi ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.

“İnter” Kivunun rəhbərliyi altında 57 oyun keçirib, 38 qələbəyə sevinib, 7 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.

Kivu daha öncə İtaliyada “Parma”ya da rəhbərlik edib. Rumıniyalı məşqçi buna qədər “İnter”in müxtəlif yaş qruplarından ibarət komandalarında da çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
22
12
arena.az

10Источники