ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard istefa verməzdən əvvəl bir neçə yüksək səviyyəli araşdırmanın nəticələrini açıqlamaq niyyətindədir.
Musavat.com xəbər verir ki, məlumatı The Daily Wire mənbələrə istinadən yayıb. Mənbələrə görə, Qabbard Rusiyanın 2016 və 2020-ci illərdə ABŞ prezident seçkilərinə müdaxiləsi, koronavirus pandemiyası zamanı ABŞ-da baş verən "anomal hadisələr" və Pentaqonun "Havana sindromu"na səbəb olan gizli silah hazırlaması ilə bağlı araşdırmaların nəticələrini açıqlayacaq.
İdarədəki mənbələr əlavə ediblər ki, Qabbard ABŞ-ın keçmiş prezidenti Con Kennedi, qardaşı Robert Kennedi və Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqə sui-qəsdlərlə bağlı sənədlər də daxil olmaqla 500.000-dən çox məxfi hökumət sənədinin dərc olunmasına nəzarət edib.
Qeyd edək ki, bundan əvvəl Fox News Qabbardın nadir sümük xərçəngi forması ilə mübarizədə ərinə dəstək olmaq üçün istefa verdiyini bildirmişdi. ABŞ prezidenti Donald Tramp bu məlumatı təsdiqləyərək, onun 30 iyunda administrasiyadan gedəcəyini açıqlayıb.
Musavat.com