RU

Bəqai: ABŞ və İran müharibənin dayandırılması üzrə razılaşmaya yaxınlaşmayıb

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

İran və ABŞ arasında müharibənin dayandırılması ilə bağlı aparılan danışıqlarda hələlik razılaşmaya yaxınlaşmaq mümkün olmayıb.

"Tasnim"in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

“Əminliklə deyə bilmərik ki, razılaşmanın yaxın olduğu mərhələyə çatmışıq”, – deyə o vurğulayıb.

Bəqai qeyd edib ki, danışıqlarda əsas diqqət müharibənin dayandırılmasına yönəlib.

O, Pakistan ordusunun komandanı Asim Munirin Tehrana səfərini də “diplomatik prosesin davamı” adlandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
75
7
apa.az

6Источники