RU

Kılıçdaroğlu İmamoğlunun CHP üzvlüyünü dayandıracaq

Kamal Kılıçdaroğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun CHP üzvlüyünü dayandırmağı planlaşdırır.

Publika.az az xəbər verir ki, bu barədə BBC iddia irəli sürüb.

Bildirilib ki, KılıçdaroğluƏkrəm İmamoğlu da daxil olmaqla, hüquqi prosesləri davam edən bütün CHP üzvlərinin partiya üzvlüyünü dayandırmağı planlaşdırır.

Qeyd edək ki, Ankara Məhkəməsinin qərarı ilə CHP-nin 38-ci qurultayının nəticələri ləğv edilib və Özgür Özəl vəzifəsindən uzaqlaşdırılıb. Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu müvəqqəti olaraq sədr postuna təyin edilib.

Избранный
2
publika.az

1Источники