RU

Masazırda Berdıyev Dambrauskas dueli, Sumqayıtda derbi...

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünən keçirilən “Qəbələ” – “Şamaxı” oyunuyla premyer-liqada 33-cü tura start verildi. "Football-plus.az" xəbər verir ki, mövsümün son turunun qalan matçları bu gün, sabah və birisigün keçiriləcək. Oyunlar “CBC Sport”un efirində canlı yayınlanacaq.Misli premyer-liqası3-cü dövrə, 33-cü tur22 mayTuran Tovuz – Sabah“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 7:+2=1-4, 8:11.2022/23 – 0:1, 0:2; 2023/24 – 2:3, 2:0; 2024/25 – 1:1, 2:1; 2025/26 – 1:3.Cəzalılar: Roberto Olabe, Roderik Miller, Enrike Silva (hamısı “Turan Tovuz”).“Futbol+”in proqnozu: 30-30-40.Hakimlər: RAUF CABBAROV, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev.VAR hakimi: Tural Qurbanov.VAR hakiminin köməkçisi: Teymur Teymurov.Hakim-inspektor: Feyzulla Feyzullayev.AFFA nümayəndəsi: Azər Əsgərov.Bakı, “Bank Respublika Arena”. Saat 17.00.Bu komandaların duelləri daim diqqət mərkəzində olub. Hər halda, hər iki tərəf iddiasına uyğun çıxışla yadda qalmağa səy göstərib. Sadəcə, bu dəfə tarixində ilk dəfə çempion olan və Konfrans Liqasına vəsiqə qazanan kollektivlərin döyüşünə şahidlik edəcəyik. Başqa sözlə, həm “bozqurd”, həm də “bayquşlar” hədəfinə çatıb. İş ondadı ki, tərəflər bu uğurlara imza atandan sonra məğlubiyyətdən başqa nəticə tanımayıb. Görünür, hər birində motivasiya yox dərəcəsindədi. Üstəlik “Turan Tovuz”un avrokubok matçlarını öz stadionunda keçirmək məqsədi ilə start verdiyi işlər ev oyununu rəqibin meydanında keçirməyə məcbur olmasıyla nəticələnib.Bu komandalar indiyə qədər 14 dəfə üz-üzə gəlib. Həmin görüşlərin 4-dən “bozqurd”, 7-dən “bayquşlar” qələbə ilə ayrılıb, 3-də qalib müəyyənləşməyib. Topların nisbətində Masazır təmsilçisi öndədi – 21:18.Sumqayıt – Qarabağ“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 26:+5=4-17, 13:60.2011/12 – 0:0; 2012/13 – 1:6; 2013/14 – 0:3, 1:0; 2014/15 - +:-*, 1:2, 2015/16 – 1:0, 0:2; 2016/17 – 0:2, 0:4; 2017/18 – 1:1, 0:1; 2018/19 – 0:2, 0:6; 2019/20 – 2:1; 2020/21 – 2:2, 0:0; 2021/22 – 0:4, 0:3; 2022/23 – 0:2, 0:6; 2023/24 – 1:6, 1:0; 2024/25 – 0:1, 0:2; 2025/26 – 2:4.* - texniki nəticə top fərqində nəzərə alınmayıb.Cəzalı: yoxdu.“Futbol+”in proqnozu: 20-30-50.Hakimlər: ELVİN BAYRAMOV, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı.VAR hakimi: Fərid Hacıyev.VAR hakiminin köməkçisi: Eyyub İbrahimov.Hakim-inspektor: Ceyhun Haşımov.AFFA nümayəndəsi: Yavər Rəhimov.Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 19.30.“Sumqayıt”ın bundan sonra nail ola biləcəyi yeganə uğur mövsümü 6-cı pillədə tamamlamaqdı. Əlbəttə, bunun üçün “Qarabağ”ı məğlub etmək, mövsümün son matçında doğma azarkeşlərinə sevinc yaşatmaq lazımdı. Düzü, ötən həftə “Zirə”yə uduzduqları matçdan sonra media önünə çıxan Saşa İliç də bu yöndə çalışacaqlarını demişdi. Bəlkə də “Qarabağ”ın mümkün arxayınlığından istifadə edib, istəyi reallaşdırmaq olar. Axı onsuz da ağdamlıların ölkəmizi Avropa Liqasında təmsil edəcəyi dəqiqdi. Amma statistika “gənclik şəhəri”nin təmsilçisi üçün ümidverici nəsə vəd etmir.Bu komandalar indiyə qədər 53 dəfə qarşılaşıb. Bunların 8-də “kimyaçılar”, 40-da “köhlən atlar” qalib gəlib, 5-də “sülh” qeydə alınıb. Topların nisbətində “Qarabağ” öndədi – 130:26.23 mayKəpəz – Neftçi“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 29:+14=5-10, 33:37.1992 - 1:0; 1992/93 - 2:0; 1993/94 – 1:0; 1994/95 – 2:1; 1995/96 – 0:0, 2:1; 1996/97 – 1:1; 1997/98 – 2:0; 1998/99 – 2:0, 1:0; 1999/00 – 1:0; 2000/01 – 1:3; 2001/02 – 2:1; 2003/04 – 1:2; 2004/05 – 0:1; 2005/06 – 0:5; 2010/11 – 0:4; 2011/12 – 1:1; 2012/13 – 0:3; 2015/16 – 1:1, 1:2; 2016/17 – 2:0, 2:0; 2017/18 – 0:1, 1:2; 2022/23 – 0:2, 1:3; 2023/24 – 1:0, 3:3; 2024/25 - 4:3, 1:0.Cəzalı: Emil Səfərov (Neftçi).“Futbol+”in proqnozu: 30-30-40.Hakimlər: VÜQAR HƏSƏNLİ, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev.VAR hakimi: Elçin Məsiyev.VAR hakiminin köməkçisi: Kamran Bayramov.Hakim-inspektor: Orxan Məmmədov.AFFA nümayəndəsi: Elgiz Abbasov.Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 15.00.Düzdü, “Kəpəz”in son mövsümlərdəki nəticələri “Neftçi” ilə matçları debi statusundan böyük ölçüdə çıxarıb. Ancaq “sarı-göylər” bu istiqamətdə inadkardı. Daha dəqiqi, komanda oyunu “tarixi derbi” deviziylə təqdim edib. İş o həddə çatıb ki, Konfrans Liqasında çıxış etməyə hazırlaşan “ağ-qaralar” zədələrdən qorunmaq məqsədilə matçın Yevlaxda yox, “Palms Sports Arena”da keçirilməsini istəsə də, qarşı tərəf buna razı olmayıb. Hər halda, bu görüşdə qeydə alınacaq nəticənin turnir cədvəli baxımından əhəmiyyəti yoxdu. Yeganə motivasiya mənbəyi derbi statusudu ki, komandaların buna görə sona qədər döyüşəcəyinə şübhə etmirik. Komandalar indiyə qədər 65 dəfə üz-üzə gəlib. Bunların 21-də “Kəpəz”, 32-də “Neftçi” qələbəyə imza atıb, 12-də hərəyə bir xal düşüb. Topların nisbətində “ağ-qaralar” öndədi – 110:66.Araz-Naxçıvan – Zirə“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 5:+1=1-3, 2:6.2023/24 – 1:0, 0:3; 2024/25 – 1:1, 0:1; 2025/26 – 0:1.Cəzalı: Nuno Rodriges (Araz-Naxçıvan).“Futbol+”in proqnozu: 30-30-40.Hakimlər: ƏKBƏR ƏHMƏDOV, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov.VAR hakimi: Kamal Umudlu.VAR hakiminin köməkçisi: Asiman Əzizli.Hakim-inspektor: İmanxan Sultani.AFFA nümayəndəsi: Eldar Məmmədov.Sumqayıt, “SOCAR Polymer Arena”. Saat 19.00.Hədəflərindən əlini üzmüş iki komandanın dueli, heç şübhəsiz, formal xarakter daşıyır. Ona görə ki, nə “Araz-Naxçıvan” avrokuboklara vəsiqə qazandı, nə də “Zirə”. Həmçinin həm “qırmızı-ağlar”ın, həm də “qartallar”ın oyun tərzi, cari fiziki, psixoloji durumu bizə baxımlı oyun vəd etmir. Yenə də futbolçular özünü yaxşı tərəfdən göstərməyə, mövsümü qələbə ilə başa vurmağa borcludular. Axı onsuz da yetərincə məyus olan azarkeşləri daha çox üzməyə haqqları çatmır.Bu komandalar indiyə qədər 10 dəfə qarşılaşıb. Bunların 3-də “Araz-Naxçıvan”, 4-də “Zirə” qələbə qazanıb, 3-də qalib müəyyənləşməyib. Topların nisbətində “qartallar” öndədi – 8:5.24 mayİmişli – Karvan-Yevlax“İmişli”nin bu rəqiblə ev oyununun balansı: 1:+0=1-0, 1:1.2025/26 – 1:1.Cəzalılar: Juninyo (İmişli), Vadim Abdullayev, Olavale Doyeni (hər ikisi “Karvan-Yevlax”).Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev.VAR hakimi: Rəşad Əhmədov.VAR hakiminin köməkçisi: Rahil Ramazanov.Hakim-inspektor: Zöhrab Qədiyev.AFFA nümayəndəsi: Anar Şixəliyev.Quba, Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.00.Mövsümə debütantların dueliylə yekun vurulacaq. Ancaq meydana “İmişli” məqsədə çatan, “Karvan-Yevlax” premyer-liqanı tərk edən komanda kimi çıxacaq. Bu baxımdan, bölgə təmsilçilərinin baxımlı oyun göstərəcəyinə inanmaq çətindi. Yenə də bu görüşü izləməkdə fayda var. Hər halda, azı iki ay davam edəcək həsrət başlayır!Bu komandalar indiyə qədər iki dəfə qarşılaşıb. Bunların 1-də “pələnglər” qalib gəlibsə, 1-də hərəyə bir xal düşüb. Topların nisbətində “İmişli” öndədi – 4:1.Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar// “Sabah” son 2 matçda qələbə qazanıb. “Turan Tovuz”un son üç ev oyununda hər iki komanda qol vurub.// “Sumqayıt” son iki görüşdə qol vurub. “Qarabağ” son 3 səfərdə qalib gəlib.// “Kəpəz” son 8 qarşılaşmada qol vurub. “Neftçi” son 2 görüşdə qalib gəlib.// “Zirə” son 4 görüşdə uduzmayıb. Son 7 qarşılaşmada ikidən çox qol vurulmayıb.// “Karvan-Yevlax” qələbə qazanmayıb. “İmişli” hər iki matçda qol vurub.KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
1
icma.az

10Источники