AZ

Hər il dəyişikliyin olması bizi boğaza yığıb Xəmsə Azər Bağırovun göndərilməsinə qarşıdı!

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Premyer-liqada 31-ci tur xeyli suala aydınlıq gətirdi. "Turan Tovuz" avrokuboklara vəsiqə qazandısa, "Karvan-Yevlax"ın elitanı tərk edəcəyi rəsmiləşdi. Həmçinin "Qəbələ" 1-ci liqada mövsümü 2-ci sırada bitirəcək komanda ilə pley-off matçı keçirəcək. Daha bir əsas məqam: "Şamaxı" və "İmişli"dən sonra "Kəpəz" də premyer-liqada qaldı. Gəncə təmsilçisi bu uğura ötən il olduğu kimi Azər Bağırovun rəhbərliyi altında nail oldu.Artıq Gəncədə bayram ab-havası varmı? Azarkeşlər bu ərəfədə Azər Bağırovun komandadan göndəriləcəyi barədə xəbərləri necə dəyərləndirir?Bu suallarla "Xəmsə"nin rəhbəri Müşfiq Məmmədova müraciət etdik Onun "Football-plus.az"a cavabı:

"Əlbəttə, elitada qaldığımıza görə sevinirik, amma bayram ab-havasından söhbət getmir. "Kəpəz" elə komanda deyil ki, premyer-liqada yerimizi qoruyub-saxladığımıza görə bayram keçirək. Onsuz da liqada qalmalıydıq ki, qaldıq. Daha yaxşı nəticələr qazananda sevinərik. Baş məşqçi məsələsinə gəlincə, Azər Bağırov sayəsində son 4 "futbol ili"ndə ən çox qələbə qazandığımız mövsümü yaşadıq. Düşünürük ki, o, komandada qalmalıdı. Hər il dəyişikliyin olması bizi boğaza yığıb. Yeni gələn məşqçilır yaxşı komanda formalaşda bilmir. Azər Bağırov "Kəpəz"i premyer-liqada saxladığı hər iki mövsümdə heyəti özü yığmamışdı. İstəyərək ki, onun da seleksiya bacarıqlarına şahid olaq. Ona şərait yaratmaq, davamlı imkan vermək lazımdı".

KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
2
icma.az

10Mənbələr